Şərq Tərəfdaşlığı ölkələrində gender bərabərliyini təşviq edən qrant layihələrinin qəbuluna başlanıb
“EU4Gender Equality” proqramı altı Şərq Tərəfdaşlığı ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarından gender bərabərliyinin təşviqi, qadınların səlahiyyətlərinin artırılması, zorakılığın qarşısının alınması və onunla mübarizəyə yönəlmiş layihələrin qəbuluna başlayıb.
Layihə qəbulu ictimaiyyətin diqqətini gender stereotiplərinə, sosial normalara və qadınlara və qızlara qarşı ayrı-seçkilik təcrübəsinə cəlb etməyə kömək edəcək potensialın və məlumatlılığın artırılması, kommunikasiya, sosial səfərbərlik və/və ya digər yaradıcı həllər üçün nəzərdə tutulub.
Layihə təklifləri iki və ya daha çox layihə ölkəsini əhatə etməlidir. Qrant layihələrinə ayrılacaq vəsaitlər fəaliyyət göstəricilərinə əsaslanan büdcələşdirmə prinsipi əsasında bölüşdürüləcək.
Müraciət üçün son tarix iyulun 1-dir.
Layihə qəbulu Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin Qadınlar üzrə təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilən “EU4Gender Equality: Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” proqramının bir hissəsidir.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]