Şərq Tərəfdaşlığı ölkələrindəki vətəndaş cəmiyyəti təşkilatlarına səyahət üzrə qrantlar ayrılacaq
Transatlantik Fondu (TF) ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə birgə əməkdaşlığı çərçivəsində altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və liderləri, qeyri-rəsmi qrupların nümayəndələri arasında regional şəbəkələrin qurulmasını, mübadilə və əməkdaşlığın təşviqi məqsədilə fərdi səyahət qrantlarının ayrılması üçün müraciətlərin qəbuluna başlayıb.
Bu təşəbbüs vətəndaş cəmiyyətinin nümayəndələrinə, vətəndaş cəmiyyəti fəallarına və liderlərinə, eləcə də qeyri-rəsmi qrupların nümayəndələrinə mövcud regional şəbəkələrdə, forumlarda və birgə fəaliyyətlərdə iştirak etməyə imkan yaratmaqla Aİ tərəfindən maliyyələşdirilən və hazırda icrası davam edən “Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması” (ERICS-EaP) proqramını tamamlayır.
Qara Dəniz Regional Əməkdaşlıq Proqramı tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinə, vətəndaş cəmiyyəti fəallarına və liderlərinə, o cümlədən qeyri-rəsmi qrupların nümayəndələrinə mövcud regional şəbəkələrdə, forumlarda və birgə fəaliyyətlərdə iştirak etmək imkanı yaratmaq üçün hər biri maksimum 1500 avro olmaqla səyahət qrantlarının verilməsi nəzərdə tutulub.
Tədbirlərdə iştirak etmək üçün azı bir ay qabaq müraciət edilməlidir.
Cari müraciət qəbulu iyun ayının 13-də bitir. 15 sentyabr-15 oktyabr tarixləri arasında növbəti qrantların verilməsi planlaşdırılır.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]