Skip to main content
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı üzrə ərizə qəbuluna başlanıb 
Mart 24, 2023

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd Proqramı üzrə ərizə qəbuluna başlanıb 


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Fondu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təqaüd proqramını yenidən həyata keçirir. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan təşəbbüskar vətəndaşlar və fəallar Vətəndaş Cəmiyyəti Təqaüdləri Şəbəkəsinə qoşulmağa dəvət olunur. 

Təqaüdlər, icmalar və hökumət orqanları arasında konstruktiv əlaqələr qurmaq və ŞT ölkələrində islahatlara töhfə vermək üçün bacarıqlarını artırmaq istəyən şəxslərə dəstək vermək məqsədi daşıyır. Seçilmiş namizədlər fərdi təlimlərə cəlb olunacaq və layihələrinin həyata keçirilməsi üçün 5 000 avro vəsait alacaqlar. 

Bu müsabiqə iki növ təqaüd təklif edir: Ümumi təqaüdlər Rəqəmsal təqaüdlər (xüsusi olaraq cəmiyyətə fayda vermək üçün texnologiyadan istifadə edən İT mütəxəssisləri üçün nəzərdə tutulub).

Müsabiqədə Şərq Tərəfdaşlığı ölkələrindən 18 yaşdan yuxarı İngilis dilini mükəmməl bilən bütün vətəndaşlar iştirak edə bilər. Müraciətlərin təqdim olunması üçün son tarix 21 apreldir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Aprel 21, 2023


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,