Skip to main content
Saf su, təmiz hava, münbit torpaq və yaşıl enerji: Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin fotomüsabiqəsində iştirak edin
Noyabr 6, 2024

Saf su, təmiz hava, münbit torpaq və yaşıl enerji: Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin fotomüsabiqəsində iştirak edin


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi iqlimlə bağlı fəaliyyət strategiyaları haqqında məlumatlılığı artırmaq üçün “Planetimiz Naminə” kampaniyası çərçivəsində fotomüsabiqə təşkil edir.

Nümayəndəliyin hazırda davam edən “Planetimiz üçün. Saf su, təmiz hava, münbit torpaq və yaşıl enerji” kampaniyasının məqsədi COP29 öncəsi təbii ehtiyatların mühafizəsi haqqında məlumatlılığı artırmaqdır. Kampaniyada həmçinin təbii ehtiyatların idarə edilməsi və iqlim sahəsində fəaliyyətlərə dair Aİ-nin siyasət və strategiyaları təşviq olunur.

Müsabiqə dörd kateqoriyadan – hava, su, torpaq və yaşıl enerjidən ibarətdir. İştirakçılar öz fotolarında bu kateqoriyalardan birinin mahiyyətini əks etdirməlidir. Hər bir kateqoriya üzrə yalnız bir foto təqdim oluna bilər. 

Müsabiqədə iştirak etmək üçün 2024-cü ildə çəkilmiş fotolar göndərilməlidir. Yalnız mobil telefonla çəkilmiş fotolar qəbul olunacaq.

Müsabiqəyə Azərbaycanda yaşayan və gəlirlərinin böyük hissəsini fotoqrafiyadan qazanmayan 18 yaşdan yuxarı həvəskar fotoqraflar iştirak edə bilərlər.

Bütün finalçılar 3 günlük fotoqrafiya kursunda iştirak etmək imkanı qazanacaqlar.

Müraciət üçün son tarix 15 yanvar 2025-ci ildir.

Daha çox öyrən

Müsabiqə haqqında əlavə məlumat və ərizə forması

BAĞLANIŞ TARİXİ:

Yanvar 15, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,