Skip to main content
Vətəndaş cəmiyyəti fəalları üçün növbəti təqaüd proqramı
Sentyabr 13, 2022

Vətəndaş cəmiyyəti fəalları üçün növbəti təqaüd proqramı


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təqaüd proqramını yenidən həyata keçirir. Proqram Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan təşəbbüskar vətəndaşları və fəalları Vətəndaş Cəmiyyəti Təqaüdləri Şəbəkəsinə qoşulmağa dəvət edir.

Təqaüdlər, yaşadıqları icmalarda müsbət sosial dəyişikliklərə rəhbərlik etmək, icmalar və hökumət orqanları ilə konstruktiv əlaqələr qurmaq və ŞT ölkələrində islahatlara töhfə vermək üçün bacarıqlarını artırmaq istəyən şəxslərə dəstək vermək məqsədi daşıyır.

Seçilmiş namizədlər fərdi təlimlərə cəlb olunacaq və layihələrinin həyata keçirilməsi üçün 5 000 avro vəsait alacaqlar.

Bu müsabiqə iki növ təqaüd təklif edir: Ümumi təqaüdlər Rəqəmsal təqaüdlər (xüsusi olaraq cəmiyyətə fayda vermək üçün texnologiyadan istifadə edən İT mütəxəssisləri üçün nəzərdə tutulub).

Ərizə qəbulunda Şərq Tərəfdaşlığı ölkələrindən olan 18 yaşdan yuxarı, İngilis dilini yaxşı bilən, vətəndaş cəmiyyətinə töhfə verən, fəallığı ilə seçilən vətəndaş cəmiyyəti liderləri, yaxud icmanın ehtiyacları üçün texnoloji həllər hazırlamaq arzusunda olan şəxslər iştirak edə bilərlər.

Ərizələrin son qəbulu tarixi 15 oktyabr 2022-ci ildir. Təqaüdlər 2023-cü ilin yanvar ayında təqdim ediləcək.

2017-ci ildən etibarən layihə hər il 20 gənc vətəndaş cəmiyyəti fəalını seçərək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd Proqramını həyata keçirir. Hazırda proqram öz fəaliyyətini genişləndirib və növbəti üç il ərzində daha 120 təqaüd proqramı iştirakçısını dəstəkləməyə hazırdır. 

Daha çox öyrən

Elan

Müraciət forması

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı növbəti ərizə qəbuluna başlayacaq

BAĞLANIŞ TARİXİ:

Oktyabr 15, 2022


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,