Skip to main content
“Yeni Avropa Bauhaus Mükafatı 2025” üçün ərizələrin qəbuluna başlandı
Yanvar 17, 2025

“Yeni Avropa Bauhaus Mükafatı 2025” üçün ərizələrin qəbuluna başlandı


Avropa Komissiyası 2025-ci il üzrə Yeni Avropa Bauhaus Mükafatı (New European Bauhaus/NEB) üçün ərizə qəbuluna başlayıb. Bu mükafat innovasiyaları və yaradıcılığı təşviq edir.

Bu mükafat fərdi şəxslərin, komandaların və təşkilatların ən yaxşı layihə və ideyalarına verilir. Avropanın hər yerindən və onun hüdudlarından kənarda olan yaradıcı şəxslər və innovatorlar yaşadıqları icmalarda yaşayış tərzini və ətraf mühitin qorunması ilə bağlı düşüncə tərzini dəyişdirəcək innovativ layihələr və ideyalar təqdim etməyə dəvət olunurlar. Aİ və Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları mükafat almaq üçün ərizə ilə müraciət edə bilərlər. Onların layihələri və konsepsiyaları Aİ, Qərbi Balkanlar və ya Ukraynada həyata keçirilməlidir.

2025-ci il üzrə Yeni Avropa Baunhaus Mükafatı dörd kateqoriya üzrə veriləcək:

  • Təbiətlə yenidən bağlantı;
  • Aidiyyət hissinin geri qaytarılması;
  • Ən çox ehtiyac olan yerlərin və insanların prioritetləşdirilməsi;
  • Dairəvi sənaye ekosisteminin qurulması və həyat dövrü düşüncəsinin dəstəklənməsi.

Dörd kateqoriyanın hər birində iki paralel istiqamət müəyyən edilib:

  • A istiqaməti: Yeni Avropa Bauhaus Çempionları” nominasiyası üzrə mükafat aydın və müsbət nəticələrə malik mövcud və tamamlanmış layihələrə veriləcək.
  • B istiqaməti: “Yeni Avropa Baunhaus Yeni Paylayan Ulduzlar” nominasiyası üzrə mükafat isə 30 yaş və ya daha gənc istedadlar tərəfindən təqdim olunan konsepsiyalara veriləcək. Konsepsiyalar ideyalardan başlayaraq prototip səviyyəsində olan aydın plana kimi müxtəlif hazırlanma mərhələsində ola bilər.

2025-ci il üzrə mükafat ümumilikdə 22 nəfərə təqdim olunacaq. Qaliblərə 30 000 avroya yaxın pul mükafatı və layihələrini daha da inkişaf etdirmək və təşviq etmək üçün kommunikasiya paketi veriləcək.

Ərizə ilə müraciət üçün son tarix 14 fevraldır. Ərizələr rəsmi  Yeni Avropa Bauhaus Mükafatları platforması vasitəsilə təqdim edilməlidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Fevral 14, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,