Youth4Regions 2025: Aİ-nin gənc jurnalistlər üçün proqramı
Avropa Komissiyası Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan gənc jurnalistləri (ən çoxu iki il təcrübəyə malik) Youth4Regions proqramında iştirak etməyə dəvət edir. Bu proqram 11-17 oktyabr 2025-ci il tarixləri arasında Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Youth4Regions jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə və gənc jurnalistlərə yaşadıqları regionda Aİ-nin gördüyü işləri kəşf etməyə kömək edir. Bu proqram yalnız 18-30 yaş arası və məzun olduqları tarixdən etibarən (müraciət müddətinin bitmə tarixinə qədər) iki ildən çox vaxt keçməyən gənc jurnalistlər üçün uyğundur.
Sözügedən proqrama jurnalistika və Aİ-nin fəaliyyəti ilə bağlı təlim sessiyaları, tanınmış jurnalistlər tərəfindən mentorluq, media orqanlarına və Aİ təsisatlarına ziyarətlər, eləcə də Aİ Regionlar Həftəsi ilə bağlı mövzuları işıqlandıran jurnalistlər kimi Avropa Komissiyası tərəfindən sertifikatlaşdırılmış iş təcrübəsi daxildir. Proqramı başa vuran şəxslər Youth4Regions Məzunlar şəbəkəsinin üzvü olmaq imkanı qazanırlar.
Yerləşmə, qidalanma və səyahət xərcləri Avropa Komissiyası tərəfindən ödəniləcək.
7 iyul ərizə ilə müraciət üçün son tarixdir.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]