Skip to main content

AYİB-in Vətəndaş Cəmiyyəti üzrə Koordinasiya Komitəsinə üzvlük üçün müraciətlər qəbul olunur

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla AYİB-in hazırda sərmayə yatırdığı bir və ya bir neçə ölkədə yerləşən və ya bu ölkələrdə fəal şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) nümayəndələrini özünün Vətəndaş Cəmiyyətinin Koordinasiyası Komitəsinə qoşulmağa dəvət edir. Komitə AYİB və VCT-lər arasında dialoq və tərəfdaşlığı gücləndirmək məqsədi daşıyan əlavə məsləhət və məşvərət platforması rolunu oynayır. 2024-cü ildə təsis edilən bu komitə AYİB-in fəaliyyət göstərdiyi bütün regionlarda...

Continue reading

Şərq Tərəfdaşlığı İndeksi 2023: Putinin Ukraynaya qarşı müharibəsi region və Aİ arasında daha dərin inteqrasiyanın yaranmasına şərait yaradır 

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (ŞT CSF) tərəfindən hazırlanan Şərq Tərəfdaşlığı İndeksində Belarus və Azərbaycanda artan problemlərə baxmayaraq, Şərq Tərəfdaşlığı regionunda vətəndaş cəmiyyətinin hələ də hesablaşmağa dəyər qüvvə olaraq qaldığını və Aİ-nin Gürcüstan, Moldova və Ukraynadakı genişlənməsi prosesində mühüm rol oynadığı diqqətə çatdırır. Sənəddə həmçinin Rusiyanın Ukraynaya təcavüzünün bəzi Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında nəqliyyat, enerji və ticarət sahələrində daha dərin inteqrasiya üçün katalizator rolunu oynadığı bildirilir. ŞT İndeksi altı Şərq...

Continue reading

İndi müraciət edin və “Gənc Avropa səfirlərindən” biri olun!

Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) hər hansı biri, Avropa İttifaqı və ya Böyük Britaniyadan* olan 16-26 yaş arası gənclər 8 oktyabr tarixinədək “Gənc Avropa səfirləri” təşəbbüsünə qoşulmaq üçün müraciət edə bilərlər.  Ərizə qəbuluna 4 sentyabr tarixində “EU NEIGHBOURS east” layihəsi tərəfindən başlanıb. Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər: Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova...

Continue reading

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,