AYİB-in Vətəndaş Cəmiyyəti üzrə Koordinasiya Komitəsinə üzvlük üçün müraciətlər qəbul olunur
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla AYİB-in hazırda sərmayə yatırdığı bir və ya bir neçə ölkədə yerləşən və ya bu ölkələrdə fəal şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının (VCT-lər) nümayəndələrini özünün Vətəndaş Cəmiyyətinin Koordinasiyası Komitəsinə qoşulmağa dəvət edir.
Komitə AYİB və VCT-lər arasında dialoq və tərəfdaşlığı gücləndirmək məqsədi daşıyan əlavə məsləhət və məşvərət platforması rolunu oynayır. 2024-cü ildə təsis edilən bu komitə AYİB-in fəaliyyət göstərdiyi bütün regionlarda şəffaflığa, hesabatçılığa və maraqlı tərəflərlə əhəmiyyətli qarşılıqlı əlaqələrə sadiqliyini daha da gücləndirir. Komitədə təmsil olunan VCT nümayəndələrinin bankın əhatə etdiyi regionlarda AYİB ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayacağı gözlənilir. Yerli, vətəndaş yönümlü təşkilatların və icmaların cəlb olunması xüsusilə arzuolunandır.
Komitə 12-14 vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndəsindən ibarət olacaq. Adı çəkilən koordinasiya komitəsinə üzvlük 2026-cı ilin yanvar ayından başlayacaq. Komitədə üzvlük müddəti iki il (2026 və 2027) təşkil edir.
Komitə üzvləri ilə ildə dörd dəfədən az olmamaq şərtilə və xüsusi görüşlər daxil olmaqla müntəzəm iclaslar keçiriləcək. Hər rüb təşkil olunan iclasların tarixləri qabaqcadan bildiriləcək.
Ərizə ilə müraciətlər sentyabr ayının 30-na qədər qəbul edilir.
Daha çox öyrənin
MOST READ
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]