#strongertogether
“Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.
SƏFİRLƏRİMİZLƏ TANIŞ OLUN
YEAs təşəbbüsü 2016-cı ilin iyun ayında “EU NEIGHBOURS east” layihəsi çərçvəsində təsis edilib və bu günə qədər 30 -dan artıq müxtəlif ölkədən olan 1 700 -dən çox gənc bu şəbəkəyə qoşulub.
TEZ-TEZ SORUŞULAN SUALLAR
- Avropa İttifaqına Üzv Ölkələrdən hər hansı birinin, Böyük Britaniyanın və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı birinin vətəndaşı olmalısınız.
- 16-26 yaşlarındasınızsa.
- İngilis dili bilikləriniz yaxşı səviyyədədirsə.
- Aİ-nin fəaliyyəti və onunla Şərq Tərəfdaşlığı ölkəsi arasındakı tərəfdaşlıq və əməkdaşlıqda maraqlısınızsa.
- İctimai diplomatiya və təbliğat fəaliyyətlərində maraqlısınızsa və bilik, təcrübə və məlumatları həmkarlarınız və daha geniş ictimaiyyətlə paylaşmağa hazırsınızsa.
- Yaşadığınız icma və ölkənin inkişafına töhfə verməyə həvəslisinizsə.
- Könüllülük fəaliyyətlərində maraqlısınızsa və vətəndaş iştirakçılığına həsr olunmuş tədbirlərə kifayət qədər vaxt ayırmağa hazırsınızsa.
Ərizə qəbulu dayandırıldıqdan sonra namizədlərin iştirakının tələb olunduğu daha bir neçə mərhələ var. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq, daha sonra müsahibədən uğurla keçən namizədlər əlavə məlumat (məsələn, profil şəkli, razılıq forması imzalamaq, veb-sayt profili üçün təsvir hazırlamaq və s.) verməyə dəvət olunacaqlar və son addım kimi, profilləri əlavə təsdiq üçün rəsmi maraqlı tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər.
“Gənc Avropa səfirləri” təşəbbüsü fəal təşəbbüsdür. Fəal olan, maraqlı olduğunu nümayiş etdirən və bütün mərhələlərdən keçən istənilən sayda namizəd seçiləcək.
Gənc Avropa səfiri olmaq istəyinizi ifadə etdikdən sonra bir ay ərzində 16 yaşınız tamam olarsa, müraciət edə bilərsiniz. Nəzərə alın ki, 16-17 yaş arası seçilmiş namizədlər beynəlxalq səyahətlərə deyil, yalnız öz ölkələrində onlayn və yerli tədbirlər üçün uyğun olacaqlar.
Bəli, 3 noyabr 2025-cü il tarixinə kimi, yəni son müraciət tarixinə qədər 27 yaşınız olmursa, müraciət edə bilərsiniz.
Bu təşəbbüsün müəyyənedici amillərindən biri də onun oxşar yaş aralığında YEAs şəbəkəsi vasitəsilə gənclərə yönəlmiş bir yanaşmaya malik olmasıdır. Bu təşəbbüs əvvəlcədən 16-26 yaş arası gənclər üçün nəzərdə tutulub və vətəndaş cəmiyyəti ilə əlaqəli fəaliyyətlərimizin çoxu bu yaş aralığında olan gənclərə yönəlib. Gənc Avropa səfirlərinin 27 yaşı tamam olduqdan sonra onlar daha Gənc Avropa səfiri hesab edilməyəcək və bu səbəbdən proqram vasitəsilə təşkil olunan hər hansı vətəndaş cəmiyyəti və ya beynəlxalq fəaliyyətlərdə iştirak edə və belə fəaliyyətləri təşkil edə bilməyəcəklər. Onlar həmçinin rəsmi kommunikasiya kanalları və müvafiq çatlardan xaric ediləcəklər. Bununla belə, yaşından asılı olmayaraq, istənilən şəxs EU4Youth proqramının mentoru, təlimçisi və ya məzunu qismində təşəbbüsü dəstəkləməyə davam etmək imkanına malikdir. “EU NEIGHBOURS east” proqramının komandası və Gənc Avropa səfirləri təşəbbüsünün ölkə üzrə əlaqələndiriciləri bu variantları potensial namizədlərlə ayrı-ayrılıqda müzakirə edəcəklər. Biz bunu bu təşəbbüsün ümumi nüfuzunu qorumaq və Şərq Tərəfdaşlığı regionunda və Aİ-də mümkün qədər çox gəncə YEA təcrübəsini təqdim etmək üçün edirik. Layihə və onun YEAs təşəbbüsü, gənc mütəxəssislər və icmalarının liderləri olacaq keçmiş Gənc Avropa səfirlərinin gələcək fəaliyyətlərini yaxından izləməyə və onlarla əlaqə saxlamağa davam edəcək.
- Nəzərə alın ki, hər hansı bir fəaliyyət və tədbir könüllü qaydada təşkil ediləcək və heç bir mükafat və ya titul ehtiva etməyəcək. Biz anlayırıq ki, siz ya oxuyur, ya da işləyirsiniz. Bu səbəbdən də YEAs təşəbbüsü çevik olanlar üçün nəzərdə tutulub.
- Nəzərə alın ki, xarici ölkələrdə təşkil olunan fəaliyyətlərdə iştirak etmək üçün 18 yaşınız olmalıdır. 16-17 yaş arası seçilmiş namizədlər belə fəaliyyətlərə yalnız onlayn qaydada qoşulmaq və öz ölkələrində təşkil olunan yerli fəaliyyətlərdə iştirak edə biləcəklər.
- Nəzərə alın ki, “Gənc Avropa səfirləri” təşəbbüsü müxtəlifliyə sadiq olan inklüziv təşəbbüsdür. İstənilən tarixçəyə malik olan gənclər müraciət edə bilərlər.
- “Gənc Avropa səfirləri” təşəbbüsü qeyri-siyasi bir təşəbbüsdür. “Gənc Avropa səfirləri” tərəfindən ifadə edilən hər hansı bir fikir, “Gənc Avropa səfirləri” təşəbbüsünün, “EU NEIGHBOURS east” layihəsinin və ya Aİ-nin hər hansı təsisat və ya qurumunun ümumi fikirlərini əks etdirmir.
Gənc Avropa səfirləri ilə bağlı məlumat üçün:
- Ümumi məlumat: yeas@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Ermənistanda: armenia@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Azərbaycanda: azerbaijan@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Belarusda: belarus@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Gürcüstanda: georgia@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Moldovada: moldova@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Ukraynada: ukraine@euneighbourseast.eu
- Gənc Avropa səfirləri Aİ-yə üzv ölkələrdə: eu@euneighbourseast.eu
NECƏ GƏNC AVROPA SƏFİRİ OLA BİLƏRƏM?
Siz:
- Avropa İttifaqına Üzv Ölkələrdən hər hansı birinin, Birləşmiş Krallığın və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı birinin vətəndaşısınızsa;
- 16-26 yaşlarındasınızsa;
- İngilis dili bilikləriniz yaxşı səviyyədədirsə;
- Aİ-nin fəaliyyəti və onunla yaşadığınız ölkə arasındakı tərəfdaşlıq və əməkdaşlıqda maraqlısınızsa;
- ictimai diplomatiya və təbliğat fəaliyyətlərində maraqlısınızsa və bilik, təcrübə və məlumatları paylaşmağa hazırsınızsa;
- yaşadığınız icma və ölkənin inkişafına töhfə verməyə həvəslisinizsə;
- könüllülük fəaliyyətlərində maraqlısınızsa və vətəndaş iştirakçılığına həsr olunmuş tədbirlərə kifayət qədər vaxt ayırmağa hazırsınızsa.
Elə isə xəbər bildirişlərinə abunə olun və hər il sentyabr ayında keçirilən ərizə qəbulunu gözləyin!