Skip to main content

Mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat sahəsində tərəfdaşlıq II (TOPCOP II)

Təsvir
"Mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat sahəsində tərəfdaşlıq" (TOPCOP) layihəsinin
ikinci mərhələsi Şərq Tərəfdaşlığı ölkələrinin mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində
dəstəklənməsini davam etdirir. Layihə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında əməliyyatların
səmərəliliyini və birgə səyləri daha da artırmağı, cinayət təhdidləri ilə mübarizə üçün regionda
strateji və əməliyyat xarakterli əməkdaşlığı gücləndirməyi hədəfləyir.
TOPCOP layihəsinin birinci mərhələsinin (2020-2024) nailiyyətlərinə əsaslanan yeni mərhələ
məlumat mübadiləsi mexanizmlərini, birgə əməliyyatları və regional təşəbbüsləri
təkmilləşdirməklə regional əməkdaşlığı gücləndirir. Layihə daxili təlim potensialını
stimullaşdırmaq, davamlı təlim proqramları hazırlamaq, habelə yerli təlimçi və mentorlar
şəbəkəsini formalaşdırmaqla hüquq-mühafizə orqanlarının institusional potensialını qurmağı
hədəfləyir. Təlim portfeli regionun dəyişən cinayətkarlıq mənzərəsinə uyğun olaraq ixtisaslaşmış
və qabaqcıl mövzulara daha çox diqqət yetirir. Bundan əlavə, layihə fəaliyyət dairəsini yeni
yaranan təhdidləri əhatə edəcək dərəcədə genişləndirmişdir ki, bu da benefisiarların texnoloji
tərəqqidən və cinayətkarlıqdakı yeniliklərdən geri qalmamasını təmin edir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Şərq Tərəfdaşlığı ölkələrində mütəşəkkil cinayətkarlığın səviyyəsini
azaltmaqdır. "Mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat sahəsində tərəfdaşlıq"
(TOPCOP) layihəsinin yeni mərhələsi cinayət təhdidlərinə qarşı mübarizədə əməliyyatların
səmərəliliyini və birgə səyləri təkmilləşdirməyə davam edir.
Xüsusi məqsəd mütəşəkkil cinayətkarlığın və cinayət təhdidlərinin təhqiqatı və onlara qarşı
mübarizə sahəsində Şərq Tərəfdaşlığı və Aİ-yə üzv dövlətlərin hüquq-mühafizə orqanları
arasında birgə cavab tədbirləri mexanizmlərinin effektivliyini artırmaqdır.
Gözlənilən nəticələr
1. Cinayətlərin təhqiqatı və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində regionlar arasında
qurumlararası əməkdaşlığı, bilik, məlumat və müsbət təcrübə mübadiləsini asanlaşdıran strateji
və dəstək şəbəkələrinin təkmilləşdirilməsi.
2. Şərq Tərəfdaşlığı regionunun hüquq-mühafizə orqanları əməkdaşlarının və/və ya digər
maraqlı tərəflərinin mütəşəkkil cinayətkarlığın əsas formaları ilə mübarizə üzrə bilik və
əməliyyat potensialının artırılması.
3. Şərq Tərəfdaşlığı regionuna təsir göstərən ciddi və mütəşəkkil cinayətkarlıq təhdidləri üzrə
strateji və analitik dialoqun genişləndirilməsi.
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Təhlükəsizlik və münaqişələrin həlli
Mövzular:
Təhlükəsizlik, Şərq Tərəfdaşlığı, Təhsil, Bacarıqlar
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.07.2024
Bitmə tarixi:
30.06.2028
Sosial media:

AB Layihə nömrəsi:
PC-31647

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,