Skip to main content

EU4Business Proqramının III fazası

Təsvir
EU4Business Proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində İqtisadi və İnvestisiya Planının (İİP)
icrasına dəstək verməklə, regionda davamlı və ədalətli iqtisadi inkişafa töhfə verir. Proqram
Şərq Tərəfdaşlığı regionunda özəl sektorun inkişafına yönəlmiş bütün Aİ layihələrinin mütəmadi
və hərtərəfli monitorinqini həyata keçirəcək, regional və ikitərəfli EU4Business layihələrinin
nəticələrini qiymətləndirəcək, eləcə də Aİ tərəfindən göstərilən dəstəyin miqyasını və
tanıdılmasını maksimum səviyyəyə çatdıracaq.
Konkret məqsədi
Ümumi məqsəd: Şərq Tərəfdaşlığı ölkələrində daha çox investisiya cəlb etməyə imkan verən,
vətəndaşların sosial-iqtisadi rifahını yüksəldən və məşğulluq imkanlarını genişləndirən dayanıqlı
və ədalətli iqtisadi artımın inkişaf etdirilməsi
1. ŞT ölkələrində Aİ özəl sektorun inkişafına dair dəstəyinin və müvafiq ölkə üzrə prioritet
layihələrin monitorinq mexanizmini və keyfiyyət qiymətləndirilməsini təkmilləşdirmək
2. Aİ tərəfindən dəstəklənən layihələr barədə potensial benefisiarlar (kiçik və orta sahibkarlar,
qadın sahibkarlar, uzaq regionlarda fəaliyyət göstərən müəssisələr və s.) və maraqlı tərəflər
arasında məlumatlılıq səviyyəsini artırmaq və kommunikasiyanı gücləndirmək.
3. Özəl sektora dəstək məqsədilə Aİ tərəfindən maliyyələşdirilən təşəbbüslərin tanıdılmasını
genişləndirmək və vahid brendinq tətbiq etmək.
Gözlənilən nəticələr
1. Özəl sektorun dəstəklənməsinə yönəlmiş ikitərəfli və regional layihə və proqramlar, habelə
onların təsiri barədə mütəmadi analitik hesabatların dərci (bura həmçinin yeni EFSD/EFSD+
zəmanət proqramları və qarışıq maliyyələşdirmə alətləri çərçivəsində icra olunan əməliyyatlar
da daxildir).
2. Aİ tərəfindən dəstəklənən proqramların təsirini, xüsusilə də ən həssas və dəstəkdən kənarda
qalan qruplar üçün maksimum dərəcəyə çatdırmaq məqsədilə potensial benefisiarlarla
kommunikasiyanın gücləndirilməsi və əlaqələrin artırılması.
3. Şərq Tərəfdaşlığı regionunda, xüsusilə KOB-lar və tərəfdaş hökumətlər arasında Aİ-nin özəl
sektoru dəstəkləyən əsas tərəfdaş olaraq nüfuzunun və “EU4Business” proqramının bir brend
kimi möhkəmləndirilməsi. EU4Business təşəbbüsünün və müvafiq layihələrin Şərq
Tərəfdaşlığının biznes ictimaiyyəti arasında tanıdılması daha da gücləndiriləcək.
4. Regionda Aİ-nin dəstəyi ilə hazırlanmış Ağıllı ixtisaslaşma strategiyalarının icrasına köməklik
göstərilməsi.
Layihə xəritəsi
Foto qalereya
Stories
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət
Mövzular:
Biznes, Şərq Tərəfdaşlığı, Yerli inkişaf, Məşğulluq, Qadınlar, Gənclər
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
03.05.2023
Bitmə tarixi:
02.05.2027
Sosial media:

AB Layihə nömrəsi:
443-760

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,