Skip to main content

Vətəndaş cəmiyyəti ilə genişləndirilmiş siyasət dialoqu üçün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna dəstək

Təsvir
2009-cu ildə yaradılmasından etibarən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (ŞT VCF)
vətəndaş cəmiyyətinin regional səviyyədə özünütəşkilinin unikal modelini nümayiş etdirərək ŞT
üzrə siyasətin icrasında əsas maraqlı tərəf kimi özünü təsdiq etmişdir. ŞT VCF altı Şərq
Tərəfdaşlığı ölkəsinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) və ŞT
regionunda aktiv fəaliyyət göstərən Aİ vətəndaş cəmiyyəti təşkilatlarını (VCT-lər) bir araya
gətirərək təcrübə mübadiləsi və tərəfdaşlıq quruculuğu üçün platforma rolunu oynayır. ŞT VCF
Şərq Qonşuluğunun Avropa dəyərlərinə və standartlarına sadiq, vətəndaş cəmiyyətinin
demokratik idarəçiliyin tərkib hissəsi, demokratik islahatların fəal iştirakçısı və daha geniş
regionda demokratik keçid prosesi üzrə təcrübə mənbəyi olduğu demokratik, firavan və sülh
şəraitində olan bir regiona çevrilməsi istiqamətində çalışır. ŞT VCF tərəfdaş ölkələrin demokratik
transformasiyası və Avropaya inteqrasiyası istiqamətində Aİ və ŞT-in qərar qəbul edən şəxsləri
ilə konstruktiv dialoq qurur. Forum bu dialoq çərçivəsində Şərq Tərəfdaşlığı siyasətinin
planlaşdırılması, monitorinqi və icrası prosesində vətəndaş cəmiyyətinin effektiv iştirakını təmin
edir.
Konkret məqsədi
1. ŞT ölkələrində vətəndaş cəmiyyətinin demokratiya və iqtisadiyyatda daha davamlı iştirakına
nail olunması.
2. ŞT VCF və onun üzvlərinin fəaliyyətinin peşəkar fəaliyyətinin təmin edilməsi.
3. ŞT VCF-in normayaradan orqanlar və ictimaiyyətə təsir imkanlarının gücləndirilməsi.
Gözlənilən nəticələr
1. ŞT VCF üzvlərinin texniki və daxili potensialının artırılması.
2. ŞT VCF üzvləri üçün qərarvermə prosesində maraqların müdafiəsi məqsədilə onların
imkanlarının genişləndirilməsi.
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Vətəndaş cəmiyyəti, Şərq Tərəfdaşlığı, Dialoq, Yerli inkişaf, Mədəniyyət, Rəqəmsallaşdırma, Media, Siyasi münasibətlər, Bacarıqlar, Gənclər, Qadınlar
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.01.2024
Bitmə tarixi:
31.12.2026
AB Layihə nömrəsi:
447-885

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,