Skip to main content

AYİB-in Kiçik müəssisələr üçün məsləhət proqramı (“Team Europe” ŞT Çərçivəsi)

Təsvir
AYİB-in Kiçik müəssisələr üçün məsləhət proqramı (“Team Europe” ŞT Çərçivəsi) Azərbaycan,
Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərən kiçik və orta
sahibkarlıq (KOB-lar) subyektlərinin koronavirus (Covid-19) pandemiyasının iqtisadi təsirlərinə
qarşı dözümlülüyünün artırılması, onların bərpasına kömək göstərilməsi və rəqəmsal
iqtisadiyyata uyğunlaşmalarının dəstəklənməsi məqsədilə işlənib hazırlanmışdır. Bu təşəbbüs
KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə Gürcüstan, Moldova
və Ukraynada Dərin və Hərtərəfli Azad Ticarət Zonası Haqqında Sazişlərin (DHATZ) icrasının
dəstəklənməsini nəzərdə tutan Proqramın hədəflərinə əsaslanır. Sözügedən fəaliyyət xüsusilə
Belarus, Ermənistan, Gürcüstan və Ukraynada Aİ tərəfindən ikitərəfli dəstək vasitəsilə
maliyyələşdirilən, planlaşdırılan və hazırda icra olunan "Biznes Məsləhət" proqramlarına
əsaslanaraq onları tamamlayacaq.
Konkret məqsədi
Layihənin əsas məqsədi Şərq Tərəfdaşlığı (ŞT) regionundakı həyatqabiliyyətli KOB-larda struktur
dəyişikliklərinə nail olmaq və onlara Covid-19 pandemiyasının fəsadlarını aradan qaldırmaqda
kömək etməkdir. Digər mühüm məqsəd, DHATZ və digər ticarət sazişlərinin yaratdığı
imkanlardan yararlanmaqla, ŞT ölkələrindəki KOB-ların Aİ-nin dəyər zəncirlərinə inteqrasiyasını
dəstəkləməkdir.
1. KOB-ların Covid-19 pandemiyasının doğurduğu iqtisadi tənəzzülə qarşı dayanıqlılığının
təmin edilməsi və bərpa prosesinə dəstək göstərilməsi.
2. Emal və xidmət sektorlarında rəqəmsal iqtisadiyyata hazırlığın artırılması və ixrac
potensialının gücləndirilməsi daxil olmaqla, biznes və müvafiq sahədə təcrübə vasitəsilə KOB-
ların rəqabət qabiliyyətinin artırılması.
3. “Ənənəvi” biznes sahələrində fəaliyyət göstərən KOB-lara yeni rəqəmsal texnologiya və
yanaşmaların tətbiqi üçün məsləhət dəstəyinin göstərilməsi.
4. Yerli biznes məsləhət xidmətlərinin infrastrukturunun gücləndirilməsi və dayanıqlılığının
təmin edilməsi.
5. Şirkətlərin AYİB, digər beynəlxalq maliyyə institutları və ya yerli banklar tərəfindən
həyata keçirilən investisiyalara hazırlanması, habelə maliyyə vəsaiti alan KOB-lara məsləhət
xidmətlərinin göstərilməsi vasitəsilə onların maliyyəyə çıxış imkanının yaxşılaşdırılması.
Gözlənilən nəticələr
1. İqtisadi böhran şəraitində KOB-ların maliyyə resurslarına və praktiki bacarıqlara çıxışına
şəraitin yaradılması, rəqabət qabiliyyətinin artırılması üçün rəqəmsal texnologiyalara hazırlığın

və dayanıqlılığın inkişaf etdirilməsi, eyni zamanda özəl sektorda DHATZ-ın tətbiqinə dəstək
verilməsi.
2. KOB-lar üçün təlimlərin keçirilməsi və bazar iqtisadiyyatının qabaqcıl təcrübələrinin təbliği
kimi bazarın sistemli inkişafı və potensialın artırılması tədbirləri vasitəsilə özəl sektora müəssisə
səviyyəsində birbaşa yardımın göstərilməsi.
3. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dayanıqlı biznes
məsləhət xidmətləri şəbəkəsinin formalaşdırılması.
Layihə xəritəsi
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Biznes, Rəqəmsallaşdırma, Şərq Tərəfdaşlığı
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
15.12.2020
Bitmə tarixi:
14.06.2026
Sosial media:

AB Layihə nömrəsi:
418-044

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,