Şərq Tərəfdaşlığı üçün dayanıqlı, açıq və hesabatlı demokratiyalar (Road4EaP)
Təsvir
“Şərq Tərəfdaşlığı üçün dayanıqlı, açıq və hesabatlı demokratiyalar (Road4EaP)” fəaliyyəti
korrupsiyaya qarşı müqavimət göstərmək iqtidarında olan açıq, inklüziv və hesabatlı
hökumətləri dəstəkləməklə, Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində demokratiyanın gücləndirilməsi
və vətəndaşların rifahının yaxşılaşdırılması üçün yol xəritəsini müəyyən edir. Sözügedən
fəaliyyət korrupsiyanın azaldılmasına və daha şəffaf, vətəndaşyönümlü idarəçiliyin təşviqinə
yönəlmişdir.
Bu məqsədə nail olmaq üçün layihə ŞT ölkələrində geniş dairədə dövlət rəsmilərini, vətəndaş
cəmiyyəti təşkilatlarını, jurnalistləri və özəl sektoru cəlb etməklə antikorrusiya və açıq hökumət
islahatlarını təşviq edir. Əsas fəaliyyətlərə Açıq Hökumət Tərəfdaşlığı (OGP) üzrə fəaliyyət
planlarının hazırlanması və icrası, vətəndaş cəmiyyətinin səlahiyyətlərinin artırılması üçün sub-
qrantların ayrılması, maraqlı tərəflərin OGP tədbirlərində iştirakının asanlaşdırılması, regional
təcrübə mübadilələrinin təşkili, liderlik və bacarıqların artırılması üzrə təlimlərin keçirilməsi,
habelə sübutlara əsaslanan tövsiyələrin verilməsi və uğurlu islahatları stimullaşdıran açıq
hökumət mükafatlarının təqdim edilməsi daxildir.
Hökumətlər, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığı
gücləndirməklə, bu fəaliyyət regionda şəffaflıq, hesabatçılıq və vətəndaş iştirakçılığı
mədəniyyətini qurmağa çalışır. Bu təşəbbüslər vasitəsilə ŞT ölkələri antikorrusiya təcrübələrinin
təkmilləşdirilməsi, açıq hökumət islahatları və inklüziv idarəçilik sahəsində əhəmiyyətli irəliləyiş
əldə edəcək ki, bu da nəticədə daha güclü demokratiyaların və təkmil idarəçiliyin
formalaşmasına xidmət edəcək.

Konkret məqsədi
Bu təşəbbüsün əsas məqsədi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində korrupsiyanı azaltmaq, daha
şəffaf və inklüziv idarəçiliyi təşviq etməkdir. Bu fəaliyyət açıq hökumət üzrə təcrübələrə və
antikorrusiya tədbirlərinə diqqət yetirməklə, regionda hesabatlı və əlçatan təsisatların
yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olmağı hədəfləyir.
Bu məqsədə çatmaq üçün fəaliyyət aşağıdakıları nəzərdə tutur:
Açıq hökumət və antikorrusiya islahatlarının əsas istiqamət kimi müəyyən edilməsi və icrası: bu
yanaşmaların ŞT ölkələrində siyasət və təcrübələrə inteqrasiya olunmasını təmin etmək,
idarəçilikdə dürüstlük və açıqlıq mədəniyyətini formalaşdırmaq.

Gözlənilən nəticələr
Arzu olunan təsirə nail olmaq üçün bu fəaliyyət ümumi nəticəyə töhfə verən aşağıdakı nəticələri
əldə etməyi hədəfləyir:
Nəticələr:
1. Açıq hökumət və antikorrusiya islahatları inklüziv şəkildə birgə hazırlanır.
2. Daha geniş miqyasda dövlət və vətəndaş cəmiyyəti subyektləri açıq hökumət və
antikorrusiya islahatlarına cəlb olunur və bu sahədə əməkdaşlıq edir.
3. Açıq hökumət və antikorrusiya təşəbbüslərini dəstəkləmək üçün beynəlxalq tərəfdaşlar
və çoxtərəfli təsisatlarla daha dərin tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurulur.
4. Açıq hökumət və antikorrusiya sahəsində islahatçı təşəbbüslər gücləndirilir və ön plana
çıxarılır.
5. Açıq hökumət və antikorrusiya yanaşmaları təkmilləşdirilir.

Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Korrupsiya ilə mübarizə, Vətəndaş cəmiyyəti, Şərq Tərəfdaşlığı, Səmərəli idarəçilikŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, UkraynaLayihə Vəziyyəti:
Davam edirBaşlama tarixi:
09.08.2024Bitmə tarixi:
09.08.2026AB Layihə nömrəsi:
456-980