Skip to main content

Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində aktivlərin bərpasına və mütəşəkkil cinayətkar fəaliyyətlə bağlı digər əsas sahələrə dəstək – II mərhələ

Təsvir
Aİ tərəfindən maliyyələşdirilən bu layihə Şərq Tərəfdaşlığı (ŞT) regionunda 36 ay müddətində
icra olunacaq və əvvəllər həyata keçirilmiş fəaliyyətin ikinci mərhələsidir. Məqsəd mütəşəkkil
cinayətkarlığın qarşısını almaq və onunla mübarizə aparmaqdır ki, bura xüsusilə aktivlərin
bərpası mexanizmlərinin (həm cinayət-hüquqi, həm də qeyri-cinayət xarakterli)
təkmilləşdirilməsi daxildir. Prosesə cəlb olunacaq əsas milli qurumlara, məsələn, Ədliyyə
Nazirlikləri, Baş Prokurorluqlar, Aktivlərin Bərpası (və İdarə Edilməsi) idarələri və Maliyyə
Monitorinqi Xidmətləri aiddir. Texniki yardımın səciyyəvi nümunələri sırasına tədqiqat,
potensialın artırılması, öyrənmə missiyaları, işçi qrupların iclasları, eləcə də icraatda olan işlər
üzrə texniki məsləhətlər və mentorluq daxildir.
Konkret məqsədi
Bu fəaliyyətin ümumi məqsədi aktivlərin bərpası sahəsində müasir siyasət və təcrübələrin
davamlı şəkildə tətbiqi üçün Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynaya
davamlı dəstək vermək, mütəşəkkil cinayətkarlıqdan əldə edilmiş gəlirlərin bərpası
istiqamətində əməliyyatların icrasına şərait yaratmaq, habelə həm ŞT regionuna, həm də nəticə
etibarilə Aİ-yə üzv dövlətlərə təsir göstərən mütəşəkkil cinayətkar fəaliyyətin yeni formaları ilə
mübarizə üçün innovativ və yüksək texniki dəstək təmin etməkdir.
Gözlənilən nəticələr
1. Müvafiq milli rəsmilər mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində nəticələri
yaxşılaşdıran və qanunsuz yolla əldə edilmiş aktivlərin ələ keçirilməsi (və effektiv saxlanılması /
idarə edilməsi) prosesini təkmilləşdirən müasir siyasət və təcrübələr haqqında daha çox
məlumat əldə etmək imkanına malik olacaqlar;
2. ŞT rəsmiləri mütəşəkkil cinayətkar fəaliyyətlə bağlı aktivlərin izlənilməsi və bərpası üzrə
konkret icraatda olan işlərin həlli üçün yüksək ixtisaslaşmış məsləhət xidməti və müvafiq
dəstəklə təmin olunacaqlar.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Korrupsiya ilə mübarizə, Vətəndaş cəmiyyəti, Transsərhəd əməkdaşlıq, Şərq Tərəfdaşlığı, Ədliyyə
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.11.2024
Bitmə tarixi:
31.10.2027
Sosial media:

AB Layihə nömrəsi:
26984

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,