Skip to main content

Şərq Tərəfdaşlığında səhiyyə sisteminin dayanıqlığı – Komponent 2 və 3

Təsvir
Proqram Şərq Tərəfdaşlığı ölkələrinin fövqəladə hallara və səhiyyə sahəsindəki əsas çətinliklərə
qarşı mübarizə potensialını gücləndirəcək. Bu fəaliyyət səhiyyə sistemindəki işçi qüvvəsinin
potensialı və dayanıqlığı və psixi sağlamlıq sistemlərinin gücləndirilməsi kimi iki xüsusi məqsəd
üzrə həyata keçiriləcək. Xüsusilə, proqram tibb işçilərinin cəlb edilməsi və sektorda saxlanılması
siyasətini möhkəmləndirəcək, tibb bacısı işi və tibbi təhsil sistemlərini təkmilləşdirəcək, habelə
milli səhiyyə sistemində kadrların idarə olunması və planlaşdırılmasını yaxşılaşdıracaq. Layihə
həmçinin sübutlara əsaslanan psixi sağlamlıq siyasətini təkmiləşdirəcək, qanunvericilik
bazalarını yeniləyəcək və tibb və yüksəkkeyfiyyətli psixi sağlamlıq xidmətlərindən istifadəni
genişləndirmək üçün sosial xidmət işçilərini zəruri bacarıqlarla təmin edəcək. Bundan əlavə,
proqram "bütöv hökumət" və "bütöv cəmiyyət" yanaşmaları vasitəsilə stiqma və ayrı-seçkiliklə
mübarizə aparacaq, eyni zamanda psixi sağlamlıq və rifahın təşviqi üçün sektorlararası
əməkdaşlığı — xüsusilə mədəniyyət sektoru ilə əlaqələri stimullaşdıracaq.
Konkret məqsədi
Bu fəaliyyətin ümumi məqsədi Şərq Tərəfdaşlığı ölkələrində fövqəladə hallara və səhiyyə
sistemindəki əsas çətinliklərə qarşı mübarizə potensialını gücləndirmək üçün davamlı və bir-biri
ilə qarşılıqlı əlaqəli səhiyyə sistemlərinə töhfə verməkdir.
Gözlənilən nəticələr
1. Keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsini təmin etmək üçün səhiyyə sistemindəki
işçi qüvvəsinin potensialının və dayanıqlığının gücləndirilməsi.
2. İdarəetmə, potensial, habelə psixi pozuntuların qarşısının alınması və idarə edilməsi üzrə
bacarıqlar daxil olmaqla, psixi sağlamlıq sistemlərinin gücləndirilməsi.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Alt sektor:
Mövzular:
Şərq Tərəfdaşlığı, Səhiyyə
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.10.2024
Bitmə tarixi:
31.03.2027
Sosial media:

AB Layihə nömrəsi:
700002272

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,