Skip to main content

Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi

Təsvir
Uğurlu antikorrusiya siyasəti, eləcə də yüksəksəviyyəli və mürəkkəb korrupsiyanın qarşısının
alınması və ona qarşı mübarizə dayanıqlı dövlətlərin və cəmiyyətlərin qurulmasıda rol oynayan
həlledici amillərdir. Bu siyasətlər həmçinin Şərq Tərəfdaşlığının (“ŞT” və ya “Şərq Tərəfdaşlığı”)
2020-ci ildən sonrakı dövrü əhatə edən proqramına daxildir.
“Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” fəaliyyəti
(bundan sonra – “Fəaliyyət”) hədəf antikorrusiya islahatları vasitəsilə ŞT ölkələrinin qanunun
aliliyinə yönəlmiş təhdidlərin qarşısının alınması və onlarla mübarizə sahəsindəki səylərini
dəstəkləmək məqsədi daşıyır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 2021-
2023-cü illərdə icra olunmuş “Aİ-nin Şərq Tərəfdaşlığında Dürüstlük naminə” fəaliyyətinə (“Aİ
Dürüstlük naminə Proqramı”) əsaslanan bu Fəaliyyət regional dialoq, vətəndaş cəmiyyətinin
cəlb olunması ilə gücləndirilmiş monitorinq, habelə hüquq-mühafizə və biznesdə dürüstlük
məsələlərinə dair dərindən təhlil və təcrübə mübadiləsi vasitəsilə sübutlara əsaslanan
antikorrusiya siyasətinin icrasını stimullaşdıracaq, təsisatları gücləndirəcək və yüksək
səviyyəli/mürəkkəb korrupsiya hallarına diqqət yetirməklə qanunvericiliyin tətbiqi tədbirlərini
sürətləndirəcək.
Açıq Hökumət Tərəfdaşlığı (OGP) ilə əlaqə şəkildə həyata keçirilən bu Fəaliyyət həmçinin bu
ölkələrin hökumət və vətəndaş cəmiyyətindəki antikorrusiya islahatçılarının hüquq və
imkanlarını artırmağı və onların islahatların irəliləyişində “aparıcı qüvvə” kimi çıxış etmələrinə
kömək etməyi hədəfləyir.
Konkret məqsədi
Fəaliyyətin icrası “Aİ Dürüstlük naminə Proqramından” (2021-2023) əldə edilmiş nəticələrə və
öyrənilmiş dərslərə əsaslanacaq. Fəaliyyətin məqsədlərinə antikorrusiya üzrə qarşılıqlı
qiymətləndirmələr, fəaliyyət göstəricilərinə əsaslanan regional təhlil və dialoq, habelə spesifik
tematik sahələr üzrə dərin təhlil, regional bilik və təcrübə mübadiləsi vasitəsilə nail olunacaq.
Xüsusi məqsəd 1: ŞT ölkələrində antikorrusiya islahatlarının icrasının gücləndirilməsinə kömək
etmək;
Xüsusi məqsəd 2: ŞT ölkələrində yüksəksəviyyəli və mürəkkəb korrupsiyaya qarşı hüquq-
mühafizə tədbirlərinin gücləndirilməsinə kömək etmək;
Xüsusi məqsəd 3: ŞT ölkələrində biznesdə dürüstlük fəaliyyətlərini stimullaşdırmaq
Gözlənilən nəticələr
Məqsəd 1

Nümunəvi nəticələr
Fəaliyyətlər aşağıdakı gözlənilən təsir və nəticəyə töhfə verəcək:
• Şərq Tərəfdaşlığı ölkələri antikorrusiya siyasəti, korrupsiyanın qarşısının alınması və
yüksəksəviyyəli korrupsiyaya xüsusi diqqət yetirməklə, korrupsiyaya görə cinayət məsuliyyətinin
tətbiqi sahəsində islahatları sürətləndirir (təsir)
• Antikorrusiya qurumları və digər müvafiq tərəflər antikorrusiya siyasətini hazırlamaq və icra
etmək üçün sübutlara əsaslanan metodlardan istifadə edirlər (nəticə)
Nümunəvi göstəricilər
• İllik ACN Plenar iclasları (monitorinq və Rəhbər Qrupun iclasları daxil olmaqla).
• İstanbul Antikorrupsiya Fəaliyyət Planının V monitorinq mərhələsinin hesabatları.
• Seçilmiş fəaliyyət sahələri üzrə regional əsas səmərəlilik göstəriciləri.
• Antikorrusiya üzrə icmal hesabatları.
Məqsəd 2
Nümunəvi nəticələr
Fəaliyyətlər aşağıdakı gözlənilən nəticəyə töhfə verəcək:
• ŞT ölkələrinin hüquq-mühafizə orqanları yüksəksəviyyəli korrupsiya hallarının təhqiqatı və
cinayət təqibini təkmilləşdirir
Nümunəvi göstəricilər
• ŞT və seçilmiş Aİ-yə üzv dövlətlərin iştirakı ilə hüquq-mühafizə orqanları şəbəkəsinin illik
iclasları.
• ŞT-Aİ işçi qrupunun illik sessiyaları.
• ŞT və digər ACN ölkələrində hüquq-mühafizə orqanlarının korrupsiya ilə mübarizə
təcrübəsində analitik alətlərdən istifadəyə dair müqayisəli ölkə araşdırması.
• Yüksəksəviyyəli korrupsiya halları matrisinə əsaslanan hüquq-mühafizə orqanlarının illik
hesabatı.
Məqsəd 3
Nümunəvi nəticələr
Fəaliyyətlər aşağıdakı gözlənilən nəticəyə töhfə verəcək:
• Hökumət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları ŞT ölkələrində biznesdə dürüstlüyün
artırılmasına töhfə vermişdir.
Nümunəvi göstəricilər
• ŞT ölkələri ilə 15-dək biznesdə dürüstlük üzrə məsləhətləşmələr.
• Biznesdə dürüstlük üzrə qrupun iclası.
• Biznesdə dürüstlük üzrə məşvərət qrupu və onun iclası.
• 5 ŞT ölkəsində Biznesdə dürüstlük sorğuları.
• Tövsiyələri özündə əks etdirən regional müqayisəli ölkə araşdırması.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
PROJƏ ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Korrupsiya ilə mübarizə, Biznes, Vətəndaş cəmiyyəti, Dialoq, Şərq Tərəfdaşlığı, Səmərəli idarəçilik
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna
Layihə Vəziyyəti:
Davam edir
Başlama tarixi:
01.02.2024
Bitmə tarixi:
31.12.2026
AB Layihə nömrəsi:
INTV-25590

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,